Tokioda olimpiada əleyhinə etiraz aksiyası keçirilir

Yaponiyanın paytaxtı Tokionun sakinləri ölkədə olimpiada oyunlarının keçirilməsini narazılıqla qarşılayıblar.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Qeyd edilir ki, sakinlər tennis parkında etiraz aksiyası keçirirlər. Etirazçılar “Olimpiadaya yox, yox” şüarlarını səsləndirirlər. Polis aksiyaya hər hansı müdaxilə etmir.

Məlumatda bildirilir ki, hazırda həmin parkda Rusiya və Almaniya tennisçilərinin görüşü keçirilir.

Tokio olimpiadasına avqustun 8-də yekun vurulacaq.