"Real Madrid" tarixində 14-cü dəfə Çempionlar Liqasının qalibi olub

İspaniyanın "Real Madrid" futbol klubu Çempionlar Liqasının finalında İngiltərənin "Liverpul" klubunu məğlub edərək tarixində 14-cü dəfə turnirin qalibi olub.

Trend-in məlumatına görə, Parisdə "Stad de Frans" stadionunda keçirilən görüş 1:0 hesabı ilə başa çatıb.

Yeganə qolu "Real Madrid"in hücumçusu Vinisius (59-cu dəqiqə) vurub.

“Real Madrid” 17-ci dəfə Çempionlar Liqasının finalında çıxış edərək rekord göstərici əldə edib. Madrid klubu 14-cü dəfə Çempionlar Liqasının qalibi olub.