“Liverpul” klubu Qətərdə keçirilən dünya çempionatında oyunu ilə fərqlənən iki futbolçunu öz heyətində görmək istəyir.
Bunlar Qana millisinin yarımmüdafiəçisi Məhəmməd Kudus və niderlandlı hücumçu Kodi Qapkodur.
Klub rəhbərliyi hər iki futbolçunun dünya çempionatındakı çıxışlarını diqqətlə izləyir və turnir bitdikdən sonra mümkün transferlə bağlı hərəkətə keçəcək.
Mənbə: Caughtoffside.com