Hindistanın Kəlküttə şəhərində Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarovun da iştirak etdiyi “Tata Steel İndia” blits turniri başa çatıb.
Axar.az xəbər verir ki, iştirakçılar ümumilikdə 18 oyun keçiriblər.
Məmmədyarov 9.5 xalla yarışı üçüncü yerdə tamamlayıb.
Xatırladaq ki, Məmmədyarov daha əvvəl “Tata Steel İndia”da rapid yarışında qüvvəsini sınayıb və altıncı olub.