Didye Deşam: "Mbappe problemləri həll etməyi bacarır"


"Mbappe problemləri həll etməyi bacarır. Bu isə komandamız üçün əladır".

"Report"un məlumatına görə, bunu Fransa millisinin baş məşqçisi Didye Deşam Qətərdə keçirilən dünya çempionatında Polşa yığmasına 3:1 hesabı ilə qalib gəldikləri 1/8 final oyunundan sonra mətbuat konfransında deyib.

54 yaşlı mütəxəssis matçın çətin alındığını bildirib: "Çünki rəqib yaxşı təşkil olunub. Bizi udmaq və mərhələni keçmək şansı var idi. Fasilədə oyunumuzu bir az dəyişdik. Nəticədə ikinci hissədə daha 2 qol vurduq".

Qeyd edək ki, Fransa millisi 1/4 finalda İngiltərə - Seneqal cütünün qalibi ilə üz-üzə gələcək.