Ronald Kuman Niderlandın futbol millisinin yeni baş məşqçisi olub. Qətərdə keçirilən dünya çempionatının 1/4 finalında Argentinaya məğlub olan Lui van Qal komandadan getdiyini təsdiqləyib.
“Bu, üç dəfə baş məşqçisi olduğum Niderland yığmasında son oyunum idi. Bu müddət ərzində 20 matç idarə etdim və bir dəfə də olsun (əsas vaxtda) uduzmadıq. Neçə oyun qazandığımızı bilmirəm, amma siz “Google”da “Lui van Qal, Niderland milli komandası” yazaraq axtarış edib baxa və qol fərqini özünüz görə bilərsiniz”, - deyə 71 yaşlı Qal deyib.
Niderlandlılar 14 matçda qalib gəlib, altı dəfə heç-heçə ediblər, top fərqi 51-17 olub. Komanda yalnız penaltilər seriyasında argentinalılara uduzub.
Van Qal hələ aprel ayında ona prostat xərçəngi diaqnozu qoyulduğunu elan etmişdi, lakin buna baxmayaraq, 2022-ci il dünya
çempionatında komandanın baş məşqçisi kimi qaldı. Elə həmin vaxt Kumanla imzalan müqavilə 2026-cı ilə qədər qüvvədədir.
Kuman artıq 2018-2020-ci illərdə milli komandanı çalışdırıb. Onun son iş yeri keçən ilin oktyabrında qovulduğu “Barselona” klubu olub.
59 yaşlı Kuman məşqçilik karyerası ərzində Niderladın “Ayaks”, “Feyenoord”, “Vitess”, “AZ Alkmaar” və PSV, Portuqaliyanın “Benfika”, İngiltərənin “Everton” və “Sauthempton” və İspaniyanın “Valensiya” klublarında da çalışıb.
Mənbə: RBC