DÇ-2022-nin ən sərrast hücumçusu bəlli olub


Qətərdə keçirilən dünya çempionatının ən sərrast futbolçusu bəlli olub.

"Report"un məlumatına görə, bu ada Fransa millisinin hücumçusu Kilian Mbappe sahib çıxıb.

Argentina ilə final matçında (3:3) het-trik edən 24 yaşlı hücumçu mundialı 8 qolla başa vurub.

Qeyd edək ki, həlledici qarşılaşmanın penaltilər seriyasında Fransaya qalib gələn Cənubi Amerika təmsilçisi üçqat dünya çempionu olub.