Benzema Fransa millisindəki karyerasını başa vurdu – FOTO

Fransalı hücumçu Kərim Benzema millidəki karyerasını başa vurduğunu açıqlayıb.
“Qızıl top”un hazırkı sahibi 2022-ci il dünya çempionatında Fransa yığmasının heyətində çıxış etməli idi, lakin məşq zamanı zədələnərək, turnirdən uzaq qalıb.
2022-ci il Dünya çempionatı bitməzdən əvvəl hücumçu “Real Madrid”ə qayıdıb və şayiələrə görə, turnirin həlledici mərhələlərində onun meydana çıxmasına icazə verməyən fransalı baş məşqçi Didye Deşamla münaqişə yaşayıb.
“Bu gün olduğum şəxs olmaq üçün çox çalışmışam və səhvlər etmişəm, lakin bununla fəxr edirəm! Mən hekayəmi yazdım və hekayəmiz başa çatır”, - Benzema sosial şəbəkədə yazıb.
Qeyd edək ki, Benzema Fransa millisində 97 oyuna çıxıb və 37 qol vurub.