"Böyük Qayıdış" futbol çempionatı layihəsində finalçılar müəyyənləşib.
"Sherg.az" xəbər verir ki, Azərbaycan Respublikası Elm və Təhsil nazirliyinin Təhsildə inkişaf və innovasiyalar üzrə 6-cı qrant müsabiqəsinin fərdi kateqoriya üzrə qalib olan "Böyük Qayıdış" futbol çempionatı layihəsi çərçivəsində 1/2 final oyunları keçirilib.
Füzuli rayon məktəblərinin qatıldığı çempionatda 1/2 finala yüksəlmiş Böyük Bəhmənli kənd 1N orta məktəbin komandası, Zobucuq 27 N məktəbin komandası, Qayıdış 6 N tam orta məktəbin komandası ilə yanaşı UGİŞM- nin futbol qrupu da iştirak edib.
BAMF-in dəstəyi ilə şagirdlərin və yeniyetmələrin ixtiyarına verilmiş futbol meydançasında keçrilən yarışda finala Qayıdış 6 n- li ilə UGİŞM futbol komandası vəsiqə qazanıb.
Qeyd edək ki, qızlar da çempionatda iştirak edib.