Məlum olduğu kimi əfsanəvi futbolçu Pelenin səhhəti pisləşib və o müalicəsini xəstəxanada davam etdirir.
Sherg.az xarici mediaya istinadən xəbər verir ki, xərçəngdən müalicə olunan və səhhəti pisləşən Pelenin qızı Keli Nasimento atasının xəstəxanadakı son durumunu paylaşıb.
Futbol əfsanəsini qucaqladığı poza ilə izləyicilərinə səslənən Nasimento, "Burada mübarizəmizi davam etdiririk. Daha bir gecə birlikdə..." deyə qeydlər edib.
Xəstəxanadan verilən açıqlamada Pelenin xərçəng xəstəliyinin irəlilədiyi, böyrək və ürək xəstəlikləri səbəbiylə daha çox qayğıya ehtiyacı olduğu bildirilib.
Pelenin qızı Kely Nascimento sosial şəbəkədə atasının Milad bayramını xəstəxanada keçirəcəyini paylaşıb.
"Həkimlərlə apardığımız qiymətləndirmədən sonra burada qalmağın daha yaxşı olduğuna qərar verdik" deyə Nasimento bildirib.
Turan Can