Yılmaz Vural bu klubun baş məşqçisi oldu

Türkiyənin 1-ci liqasında mübarizə aparan "Yeni Malatyaspor"un baş məşqçisi müəyyənləşib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Malatya təmsilçisini Yılmaz Vural çalışdıracaq. 69 yaşlı mütəxəssislə mövsümün sonuna qədər müqavilə imzalanıb.
"Yeni Malatyaspor" 1-ci liqada 15 xalla 19 komanda arasında 16-cı pillədə qərarlaşıb. 

Qeyd edək ki, Türkiyədə bir çox klubda çalışmış Yılmaz Vuralın son iş yeri "Erzurumspor" olub.