22 ildən sonra gələn qələbə: Ən yaxşı futbolçuya quzu hədiyyə etdilər
12:04 22.04.2025
İdman
462
Norveçin "Bryne FK" klubu, 22 ildən sonra yüksəldiyi Premyer Liqada (Eliteserien) mövsümün ilk qələbəsini qazandıqdan sonra oyunun ən yaxşı futbolçusuna quzu hədiyyə edib.
Sherg.az xəbər verir ki, Norveç Premyer Liqa komandalarından "Bryne", üçüncü həftə qarşılaşmasında "Haugesund" klubunu 3:1 hesabı ilə məğlub edib.
Bu, "Bryne" klubunun 22 ildən sonra yüksəldiyi Premyer liqada qazandığı ilk qələbə olub.
Komandasının ilk qolunu vuran və oyunun ən yaxşı futbolçusu seçilən norveçli futbolçu Axel Kryger, qeyri-adi bir şəkildə — quzu ilə mükafatlandırılıb.
ƏVVƏLLƏR YUMURTA VƏ SÜD HƏDİYYƏ EDİLMİŞDİ
Yerli kənd təsərrüfatı və heyvandarlıqla olan güclü əlaqələri ilə tanınan "Bryne FK", daha öncə də oyunçusuna yumurta və süd hədiyyə etmişdi.
Bundan əlavə, azarkeşlərə klubun kənd təsərrüfatı ilə bağlılığı səbəbilə VIP bilet xidməti olaraq stadionun kənarından traktor kepçəsi üzərində oyunları izləmək imkanı da verilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pezeşkian: Qonşularla münasibətlərdə bir çox problemi həll etmişik
00:57 08.08.2026
Region
Fövqəladə vəziyyət: Seutaya növbəti kütləvi miqrant axını...
22:40 07.08.2026
Dünya
Zelenski ilk dəfə Serbiyaya səfər edib
22:02 07.08.2026
Dünya
ABŞ Senatı Rusiya və İrana qarşı sanksiyaları təsdiqləyib
21:47 07.08.2026
Dünya
Bessent İranla 60 günlük atəşkəs imkanını istisna etməyib
21:35 07.08.2026
Dünya
"Real Madrid"in 18 yaşlı futbolçusu İtaliya klubuna keçdi
20:51 07.08.2026
Futbol
Barış Mançonun müəllif hüquqları məhkəməyə daşındı
20:50 07.08.2026
Mədəniyyət
Türkiyə XİN: Yunanıstanın Egey planı birtərəfli addımdır
20:43 07.08.2026
Region
ABŞ-İran arasında müvəqqəti atəşkəs gözlənilir
20:10 07.08.2026
Dünya
Qərbi Nil virusu həyəcanı: 6 nəfər ölüb, yoluxmalar artır
19:51 07.08.2026
Sağlamlıq
"Qarabağ"dan Elvin Cəfərquliyev açıqlaması
19:43 07.08.2026
Futbol