Əliyar Ağayev Fransa klubunun oyununu idarə edəcək


Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-dan növbəti dəfə təyinat alıb.
AFFA-nın rəsmi saytının yaydığı məlumata görə, təcrübəli hakim Konfrans Liqasının 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində martın 9-da Moldovada keçiriləcək “Şerif” (Moldova) - “Nitsa” (Fransa) qarşılaşmasını idarə edəcək.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər.
Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək.