"Barselona" Xavi Ernandeslə uzunmüddətli müqavilə imzalayacaq


İspaniya "Barselona"sı baş məşqçisi Xavi Ernandeslə uzunmüddətli müqavilə imzalayacaq.

"Report"un məlumatına görə, bu barədə klubun prezidenti Joan Laporta "Marca" nəşrinə açıqlama verib.

Funksioner bildirib ki, 43 yaşlı mütəxəssis uzun illər komandanın sükanı arxasında qalmağa layiqdir: "O, La Liqanın qalibi olacağı halda sözləşmənin uzadılmasını istəyir. Amma düşünürəm ki, bunu daha tez etmək mümkün olacaq".

Qeyd edək ki, Xavi Ernandesin "Barselona" ilə 2024-cü ilin iyununadək müqaviləsi var.