“Barselona” ilk yay transferini indidən reallaşdırdı

“Barselona” ilk yay transferini böyük ölçüdə reallaşdırıb.

Kataloniya klubu mövsümün sonunda “Atletik”lə müqavilə müddəti başa çatacaq İniqo Martineslə anlaşıb. Tərəflər arasında son günlər aparılan danışıqlardan sonra maaş və müqavilə müddəti mövzusunda razılıq əldə olunub. Bununla belə, futbolçunun nümayəndələri klubun adının hallandığı korrupsiya qalmaqalından təmiz çıxmasını və cəza almamasını gözləyir.

Xatırladaq ki, “Barselona” İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin keçmiş sədr müavini Xose Mariya Enrikes Neqreyraya rüşvət verməkdə ittiham edilir.
31 yaşlı Martines “Real Sosyedad”ın yetirməsidir. 2018-ci ildə o, San-Sebastian klubunu “Atletik”ə dəyişib. Mərkəz müdafiəçisi bu mövsüm Bilbao təmsilçisinin heyətində bütün turnirlərdə 13 oyun keçirib.

Mənbə: “Relevo”