Bakının “Neftçi” klubunun müdafiəçisi Solomon Kvirkveliya Gürcüstan milli komandasına dəvət olunub.
Shreg.az kluba istinadla xəbər verir ki, 31 yaşlı futbolçu martın 25-də Monqolustanla yoldaşlıq görüşünə, ayın 28-də isə Norveçlə “Avro-2024”ün seçmə mərhələ matçına çağırılıb.
Qeyd edək ki, Kvirkveliya Gürcüstan milli komandasının heyətində 47 oyun keçirib.