Konte komanda üzərində nəzarəti itirib

"Tottenhem"in baş məşqçisi Antonio Kontenin futbolçuları münasibəti korlanıb.

Qol.az xəbər verir ki, bu barədə "TalkSport" məlumat yayıb. Bildirilib ki, mütəxəssis komanda üzərində nəzarəti itirib. Bu problemlərin İngiltərə Premyer Liqasının 28-ci turunda “Sauthempton”la oyundan (3:3) əvvəl yarandığı qeyd edilir.

Xatırladaq ki, “Sauthempton”la oyundan sonra Konte futbolçuları eqoizmdə günahlandıraraq, qələbə qazanmağa qadir olmadıqlarını bildirmişdi.

Bundan sonra “Tottenhem” rəhbərliyinin yaxın vaxtlarda Konteni işdən çıxartmağı planlaşdırdığı barədə məlumatlar ortaya çıxıb. 

Konte 2021-ci ildən "Tottenhem"i çalışdırır. Mütəxəssislə klub arasında müqavilə 2023-cü ilin yayına qədər nəzərdə tutulub. "Tottenhem" hazırda 49 xalla Premyer Liqanın turnir cədvəlində 4-cü yerdədir.