Zlatan İbrahimoviç: “Azərbaycan millisi ilə oyun tam fərqli olacaq

"Sabahkı qarşılaşma tam fərqli olacaq".
Bunu İsveç millisinin futbolçusu Zlatan İbrahimoviç evdə Azərbaycana qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan öncə deyib.
İtaliya "Milan"ında çıxış edən 42 yaşlı hücumçu bu görüşdə daha yaxşı mübarizə aparacaqlarını bildirib: "Kifayət qədər qol şanslarımızın olacağını düşünürəm. Şans hesabına belə olsa, qollar vurmaq lazımdır. Necə ki, Belçika seçməsi bunu bizimlə oyunda etdi".
Qeyd edək ki, martın 27-də Solna şəhərində keçiriləcək İsveç - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.