"Bavariya"nın futbolçusu üçün mövsüm erkən başa çatdı

"Bavariya"nın zədəli futbolçusu Alfonso Deyvisin durumuna aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. 22 yaşlı müdafiəçinin əzələsi əzilib. O, təxminən 6 həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu da o deməkdir ki, Alfonso üçn mövsüm erkən başa çatıb.

Qeyd edək ki, Deyvis Bundesliqanın 29-cu turunda "Maynts"la oyunda (1:3) sıradan çıxmışdı. O, cari mövsüm ümumilikdə 37 oyunda 3 qol vurub, 7 qolun ötürməsini verib.