Türkiyə, Rusiya, İran və Suriya arasında dördtərəfli görüş...

Türkiyə, Rusiya, İran və Suriya xarici işlər nazirləri səviyyəsində görüş mayın 10-da Moskvada keçirilə bilər.
Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
“Bundan əvvəl hazırlıq toplantıları oldu. Bütün görüşlər bir yol xəritəsi çərçivəsində aparılır. İndi Rusiyadan tarixlə bağlı təkliflər gəlib. Yəqin, mayın 10-da görüş olacaq”.
Çavuşoğlu əlavə edib ki, İrandan görüşə kimin qatılacağı dəqiqləşməyib.

Mənbə: Yeni Şafak