"Bakı Marafonu 2023"ün qalibi küləyin təsirini öz xeyrinə çevirib


"Bakı Marafonunda əvvəlcə küləyə, sonra rəqiblərinə qalib gəlməlisən".

Bunu "Report"a açıqlamasında "Bakı Marafonu 2023"ün kişilər arasında qalibi Boqdan Simonoviç deyib.

Ukraynalı idmançı bildirib ki, ilk dəfə bu yarışda iştirak edir: "Rəqabət çox yüksəkdir, yarışın marşrutu xeyli çətindir. Hava da küləklidir, amma nəzərə alaq ki, yarışın şüarı da məhz "Küləyə qalib gəl"dir".

Qalib bildirib ki, yekunda küləyin təsirini öz xeyrinə çevirib: "Təxminən 11 kilometr hamı eyni səviyyədə qaçırdı, amma sonradan mən küləyin çətinliyini öz lehimə çevirdim və yekunda qalib gəldim".