Dünya və Asiya yarışlarının qalibi, tanınmış iranlı güləşçi Əlirza Nicati ölkəni tərk edir.
Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.
Məlumata görə, idmançı etiraz aksiyalarında iştirak etdiyi üçün komandadan uzaqlaşdırılıb.
“Xalq etirazlarını dəstəklədiyim üçün məni komandadan uzaqlaşdırıblar. Buna görə İranı tərk etməyə məcburam!” - deyə o qeyd edib.