Ronaldonun anası ayrılıq iddialarına cavab verib

 Ayrılacaqları ilə bağlı söz- söhbət dolaşan Kriştiano Ronaldo və Corciya Rodriges haqqında yeni açıqlama gəlib. Bu dəfə sükütü Portuqaliyalı futbolçunun anası pozub.

 Sherg.az xarici mediaya istinadən xəbər verir ki, Maria Dolores Aveiro cütlüklə bağlı xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Averiro, "Bütün cütlüklər arasında mübahisə olar. Bu qədər... Çıxan xəbərlərin hamısı yalandır" deyə bildirib.

Corciya Rodriges də Ronaldodan ayrılması xəbərindən sonra "Qısqanclıqdan şayiələr uydurur, dedi-qodu yayırlar və axmaqlar buna inanır" sözlərini paylaşıb.