AVRO-2024-ün seçmə mərhələsində İrəvanda keçirilən Türkiyə matçında baş verən hadisələrə görə UEFA ev sahibi Ermənistanı 6 müxtəlif maddə ilə cərimələyib.
Sherg.az xəbər verir ki, UEFA futbol üzrə Avropa çempionatının seçmə mərhələsində keçirilən Ermənistan-Türkiyə matçına görə ev sahibi komandaya müxtəlif cəzalar verib. Martın 25-də İrəvanda keçirilən oyunda Türkiyə Orkun və Kərəmin qolları ilə 2:1 hesabı ilə qalib gəlib.
Qarşılaşmadan əvvəl təşkil edilən mərasimdə Türkiyənin İstiqlal Marşı oxunarkən baş verən fit səsi televiziyada da öz əksini tapıb. UEFA Ermənistanı “Dövlət himnləri zamanı problem” adı altında 10 min avro cərimələmək qərarına gəlib.
UEFA İntizam Komitəsinin qərarına əsasən, Ermənistana qarşı tətbiq edilən digər cərimələr və bu cəzalara səbəb olan hadisələr aşağıdakı kimidir:
Təhqiredici təxribatçı mesaj: 15 min avro.
Məşəlin yandırılması: 11.500 avro
Meydana atılan material: 11 min 500 avro.
Pilləkən boşluqlarının bloklanması: 8 min avro.
Komandanın nalayiq davranışı: 6 min avro.
Turan