İspaniyalı tennisçi Rafael Nadal karyerasını bitirməyi planlaşdırır.
Bakupost.az xəbər verir ki, bu barədə o, İspaniyada keçirilən mətbuat konfransında deyib.
Tennisçi 2024-cü ilin onun karyerasının son ili olacağını gözləyir
Nadal omba nahiyəsindən aldığı zədəyə görə Fransada keçiriləcək çempionatında iştirak etməkdən imtina edib.
Qeyd edək ki, idmançı yanvarın 18-də Avstraliya Açıq çempionatının ikinci raundunda məğlub olduqdan sonra yarışa çıxmayıb.