Messidən  sonra klub mövsümün matçlarının bütün biletlərini 1 gündə satıb

Amerikanın "İnter Mayami" futbol klubu argentinalı hücumçu Lionel Messinin transferindən 24 saat sonra MLS mövsümünün sonuna qədər bütün matçlara, o cümlədən səfər matçlarına biletləri satıb.

“Report”un məlumatına görə, bu barədə AS xəbər verib.

Messinin yeni klubunda debütünü nə vaxt edəcəyi hələ məlum deyil. "İnter Mayami"nin MLS-in mövsümünün bitməsinə 12 oyunu var. İspan nəşri qeyd edir ki, hətta Messinin yaxın dostu olan Serxio Aquero da ondan bilet istədiyini, lakin biletin olmadığını deyib. Resellerlərin saytlarında biletlərin qiyməti 3 500 dollara çatır.

İyunun 3-də Messi Fransa çempionatının 38-ci turunda PSJ-nin heyətində "Klermon"a qarşı meydana daxil olaraq son oyununa çıxıb. Futbolçunun parislilərlə müqaviləsi iyunda başa çatıb, o, azad agent kimi “İnter Mayami”yə keçib.