PSJ-nin braziliyalı hücumçusu Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" klubuna keçə bilər.
Trend KİV-lərə istinadən xəbər verir ki, PSJ futbolçu ilə yollarını ayırmaq niyyətindədir və "Əl-Hilal" onun xidmətlərinə görə təxminən 45 milyon avro ödəməyə hazırdır.
Bildirilir ki, Neymarın ildə təxminən 200 milyon avro maaş alacağı gözlənilir.
Qeyd edək ki, hazırda 31 yaşında olan Neymar 2017-ci ildə 222 milyon avroya "Barselona"dan PSJ-yə keçib. O, PSJ-də 173 oyun keçirib, 118 qol vurub və 77 məhsuldar ötürmə edib.