Basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start veriləcək

Bu gün 3x3 basketbol üzrə dünya qadın seriyasının Şuşa mərhələsinə start veriləcək.

“Report” xəbər verir ki, turnirdə 8 komanda 2 qrupda mübarizə aparacaq.

A qrupunda Almaniya, Rumıniya, Türkiyə yığmaları və "Neftçi" klubu, B qrupunda Niderland, Macarıstan, Azərbaycan milliləri və Yaponiyanın G FLOU klubu yer alıb.

Reqlamentə əsasən, birinci yeri tutanlar birbaşa yarımfinala yüksələcəklər. İkinci və üçüncü sıranın sahibləri isə bir-biriləri ilə çarpaz şəkildə 1/4 final mərhələsində üz-üzə gələcəklər.

"Şuşa" mərhələsinin açılış oyunu iyunun 12-də saat 13:00-da Almaniya və Türkiyə seçmələri arasında baş tutacaq. Azərbaycan kollektivi qrupdakı ilk oyunu saat 14:15-də Macarıstan millisinə, "Neftçi" isə saat 13:50-də Rumıniya yığmasına qarşı keçirəcək.