Mahir Emreli: "Karyera baxımından ağır mövsüm keçirdim”

"Karyera baxımından ağır mövsüm keçirdim”.

“Report”un məlumatına görə, bunu Azərbaycan millisinin futbolçusu Mahir Emreli Estoniyaya qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi mətbuat konfransında deyib.

26 yaşlı hücumçu görüşün baş tutacağı “Dalğa Arena”dakı tədbirdə meydana qələbə üçün çıxacaqlarını bildirib: “Geridə qalan mövsümün ikinci dövrəsində bir qədər toparlandım. Son görüşdəki nəticədən sonra bura daha yaxşı əhval-ruhiyyədə gəldim. Klubda nə baş verməsindən asılı olmayaraq, milliyə yüksək ab-havada gəlməlisən. Komandamın sabah uğurlu çıxışı üçün əlimdən gələni edəcəyəm. Məqsədimiz 3 xal qazanaraq, azarkeşləri sevindirməkdir”.

Qeyd edək ki, iyunun 17-də keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq