Türkiyənin “Fənərbaxça” klubu gənc futbolçusu Arda Güləri İspaniya nəhəngi “Real”a satıb.
Bakupost.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının instaqram hesabında məlumat verilib.
18 yaşlı oyunçu Madrid klubu ilə 6 illik sözləşməyə imza atıb. İspanlar “Fənərbaxça”ya bu keçid üçün 20 milyon avro ödəyəcək. Üstəlik, 10 milyon bonus da İstanbul təmsilçisinin hesabına köçürüləcək.
Əgər “Real” Ardanı başqa kluba satarsa, gəlirin 20 faizini də türkiyəlilərə ödəyəcək.
Madrid təmsilçisi Arda Gülər üçün İstanbula xüsusi təyyarə göndərib. Onun bu gün rəsmi sözləşməyə qol çəkəcəyi gözlənilir.