Azərbaycanlı döyüşçü Şərqi Amerikada çempion oldu

Azərbaycanlı döyüşçü Xosrov Səttarov Şərqi Amerikada muay thay üzrə çempion olub.

“Sherg.az”  xəbər verir ki, 76 kiloqram çəki üzrə yarışan idmançı rəqibi Jozef Parkerə qalib gələrək bu ünvanı qazanıb.

Qeyd edək ki, o, bu idman növü ilə 5 ildir məşğul olur.