“Yarış çox yaxşı keçdi. Yüksək səviyyədə hazırlaşmışdıq. Altı rəqibimi üstələyib çempion oldum”.
“Report”un məlumatına görə, bu sözləri Azərbaycanın yeniyetmə ağırlıqqaldıranı Hüseyn Heydərov Moldovanın paytaxtı Kişineuda keçirilən Avropa birinciliyindəki çıxışı barədə danışarkən deyib.
Üç qızıl qazanan ağırlıqqaldıran gələcək hədəfləri barədə də danışıb: “Hədəfim dünya və Olimpiya çempionu olmaqdır. Qarşıdakı yarışlara hazırlaşacağam. Özümü daha da inkişaf etdirib, idmanda təsdiqləməliyəm”.
Qeyd edək ki, Azərbaycan millisi Avropa birinciliyini 14 medalla (8 qızıl, 4 gümüş və 2 bürünc) başa vurub.