"Qalatasaray" "Liverpul"un yarımmüdafiəçisi Tiaqo Alkantaranı heyətinə cəlb etmək istəyir.
Bakupost.az "Fanatik"ə istinadən xəbər verir ki, İstanbul klubunun rəhbərliyi 32 yaşlı yarımmüdafiəçiyə çox cəlbedici təklif edib və müqavilənin şərtlərini müəyyən etmək üçün “Liverpul”la ilkin danışıqlar aparıb.
Alkantaranın "qırmızılar"la hazırkı müqaviləsi 2024-cü ilin yayına qədərdir.