“Neftçi”yə baş məşqçi təyin olunmaq mənim üçün böyük şərəfdir. Bu, Azərbaycanda ən böyük və ən çılğın azarkeş bazasına malik klubudur. “Neftçi” azarkeşləri Avropada çılğınlıqları və sədaqətləri ilə tanınırlar. Ümid edirəm ki, onlarla yaxşı əlaqə yaradacam. Çünki onlar bu komandanın ruhunu daim yaşadırlar".
Bakupost.az xəbər verir ki, bu sözləri "Neftçi"nin yeni baş məşqçisi Adrian Mutu özünün sosial şəbəkə hesabında yazıb.
O bildirib ki, məqsədi “Neftçi”ni Azərbaycanda layiq olduğu yerə qaytarmaq, futbolda yenidən dominantlıq və ölkəni Avropada qürur və şərəflə təmsil etməkdir:
“Neftçi”nin nəhəng layihəsi var. Bu layihəyə klubun yenidən qurulması və müasir Avropa futbol klubu konsepsiyasına uyğun modernləşdirilməsi daxildir. Bu layihə klub rəhbərliyi ilə söhbət zamanı məni heyran etdi.
Bilirəm ki, hazırkı vəziyyət azarkeşlərimizi, “Neftçi” ailəsini narahat edir. İndiki vəziyyət "Neftçi"nin azarkeşlərini ağrıdır. Bu vəziyyəti dəyişmək və azarkeşlərimizi sevindirmək üçün bütün biliyimi, təcrübəmi, təcrübəmi sərf edəcəyəm. “Neftçi”nin taleyi şöhrətdir. Gec-tez “Neftçi” Avropada böyük işlər görəcək. Sevinirəm ki, bunu daha tez həyata keçirmək üçün mənim şansım yaranıb. Başa düşürük ki, bunlar etmək müəyyən vaxt aparacaq. Amma komanda ilə işə başlamaq və onu təkmilləşdirməyə çalışmağı səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, A.Mutu bu gün "Neftçi" ilə 2 illik müqavilə imzalayıb.