"Fənərbaxça"dan 20+10 milyon avroluq transfer qarşılığında "Real Madrid"ə keçən Arda Gülər yeni komandası ilə ilk məşqinə çıxıb.
Sherg.az türk mediasına istinadən xəbər verir ki, Türkiyə millisinin futbolçu komanda yoldaşları və baş məşqçi Karlo Ançelotti ilə görüşüb.
Şəhərdə ailəsi ilə oteldə qalan Arda Gülər klubun ayırdığı avtomobillə obyektlərə gedib.
Obyektlərə ilk gələn futbolçulardan olan Arda təlim-məşq toplanışının ilk günündə Toni Kross, Fran Qarsiya, Brahim Diaz, Andri Lunin, Federsio Valverde və məşqçi Karlo Ançelotti ilə görüşüb.
Düşərgənin ilk günündə Madriddə havanın temperaturunun 42 dərəcəyə çatması futbolçular üçün ən çətin hadisə olub.
"Real Madrid" oyunçusu kimi ilk dəfə mətbuat qarşısına çıxan Arda, "Əvvəla bu yerin bir parçası olmaq mənim üçün çox önəmlidir, çox xoşbəxtəm, qürur duyuram"- deyə bildirib.
Turan