Yeni mövsümün hazırlıqlarını Almaniyada davam etdirən "Beşiktaş" yoldaşlıq görüşündə "Auqsburq"la üz-üzə gəlib.
"Sherg.az" xəbər verir ki, oyundan sonra "Beşiktaş"ın vitse-prezidenti Emre Kocadağ mətbuat mənsublarının suallarını cavablandırıb. "Qalatasaray"ın Halil Dərvişoğluna transferi ilə bağlı açıqlamalar verib.
"Beşiktaş"ın vitse-prezidenti Emre Kocadağ Halil Dərvişoğlunun son anda "Qalatasaray"ı seçməsini vurğulayıb:
"Həlil Dərvişoğlu siyahımızda yox idi. Atası da menecer işləyir. Komandamızla yaxın münasibəti var. O, oğlunun Beşiktaşa gəlmək istədiyini dedi. Bunda Şenol Hocanın da təsiri oldu.Oğlunu bunun üçün gətirmək istədi. Şərtlərimizi təqdim etdik. Oyunçunun gözləntisi özünü doğrultmadı. Şenol Hoca artıq mətbuat konfransında məsələyə nöqtəsini qoydu. O, idman camaatının müdrik şəxsiyyətidir. Hərdən sözünü yerə qoyur. Dünən gecə oyunçunun atası emosional yanaşır. O, müəllimimizi və Ceyhun bəyi axtarır. Oğlunun Beşiktaşda oynamaq istədiyini deyir. 1- 2 saat sonra proses başqa komandaya keçir.Dediyim kimi bu bizim gündəmimizdə deyildi, onların istəyi ilə gündəmimizdə idi. Onsuz da çox maaş gözləntisi var idi, qarşılamayacağımızı söyləmişdik".
Kocadağ keçən mövsüm "Qalatasaray" ilə transfer yarışından danışıb:
"Rozier və Ghezzalın transferlərində maraqlı var idi. Gedson transferi ilə yaxşı dərs verdik, məsələ bizim üçün bağlandı. Ehtiyacı olan bir oyunçunu, "Beşiktaş" pulu verib, götürür. O, bizim üçün ehtiyac duyulan oyunçu deyildi. Biz pul yarışında olmamışıq və olmayacağıq. Əgər "Beşiktaş"dan istifadə edib nəsə almağa çalışırlarsa, geri çəkiləcəyik. İstədiyimiz oyunçu olsa, alacağıq”.
Mənbə: Hürriyet