Fərid Qayıbov "Heydər Əliyev zirvəsi"nə qalxdı

Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov "Heydər Əliyev zirvəsi"nə qalxıb.

Axşam.az xəbər verir ki, bu barədə nazir feysbuk hesabında paylaşım edib.

"Nəhayət ki, “Heydər Əliyev zirvəsi”nə qalxa bildim. Təbii ki, İsrafil Aşurlının köməyi ilə. Azərbaycan Alpinizm Federasiyasına xüsusi təşəkkürlər!" deyə, nazir yazıb.

Qeyd edək ki, "Heydər Əliyev zirvəsi" Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivində 3751 metr hündürlükdə yerləşir.