“Salernitana”nın futbolçusu “Neftçi”nin təklifini qəbul etməyib

İtaliyanın “Salernitana” klubunun futbolçusu Simeon Toçukvu Nvankvu “Neftçi”nin təklifini qəbul etməyib.

“Report” “fanatik.com.tr” saytına istinadən xəbər verir ki, nigeriyalı hücumçu karyerasını Türkiyədə davam etdirmək üçün bu addımı atıb.

31 yaşlı forvard “Neftçi” ilə yanaşı, Yunanıstanın PAOK klubuna keçmək variantı ilə də razılaşmayıb. Türkiyənin “Ankaragücü” və “Konyaspor” klublarından təklif alan Simeon Superliqa təmsilçilərindən biri ilə anlaşmağı planlaşdırır.

Qeyd edək ki, Simeon Toçukvu Nvankvu karyerası ərzində 385 oyunda 118 qol vurub.