Türkiyə millisi liderliyini qorumaq üçün Ermənistanı "əzməlidir"

Türkiyə  Milli Futbol Komandası UEFA 2024 Avropa Çempionatının (AVRO 2024) seçmə mərhələsinin D qrupunun beşinci oyununda sabah Eskişəhərdə Ermənistan yığması ilə qarşılaşacaq.
Sherg.az xəbər verir ki, saat 21:45-də başlayacaq qarşılaşma TRT 1-də canlı yayımlanacaq.

Görüşü İtaliya Futbol Federasiyasından olan baş hakim Daniele Orsato idarə edəcək. Qarşılaşmanın hakim köməkçiləri Ciro Carbone və Alessandro Giallatini, dördüncü hakimi isə Antonio Rapuano olacaq.

Qrupun digər oyununda isə həmin gün Xorvatiya və Latviya yığmaları qarşılaşacaq. D qrupunun digər komandası Uels isə 5-ci turu başa vuracaq.

Türkiyə milli komandasında zədəsi səbəbindən heyətdən uzaqlaşdırılan Umut Nayirin yerinə Halil Dərvişoğlu heyətə daxil edilib.

"Aylı -ulduzlu" komanda Ermənistan oyunu öncəsi 9 xalla liderdir. Bir oyunu az keçirən Ermənistan 6 xalla ikinci yerdədir.


Qrupda iki oyun buraxan Xorvatiya ilə 4 oyun geridə qalan Uelsin hərəyə 4 xalı var. onuncu yerdə olan Latviyanın xalları yoxdur.

AVRO-2024-də iştirak edəcək 20 komandanın müəyyənləşəcəyi qrup mərhələsinə 16-21 noyabr 2023-cü il tarixlərində keçiriləcək oyunlarla yekun vurulacaq. 10 qrupda ilk 2 yeri tutan komandalar AVRO-2024-də iştirak hüququ qazanacaqlar.