Zehra Günəş və Ebrar Karakurtun illər əvvəl çəkilmiş fotosu "bəyənmə" yağışına tutuldu - FOTO

"Filenin sultanları"ndan olan Ebrar Karakurt və Zehra Günəşin 14 il əvvəl çəkilmiş fotosu sosial mediada trend mövzusuna çevrilib.

Sherg.az türk mediasına istinadən xəbər verir ki, 2023-cü il CEV Avropa Çempionatının finalında Serbiyanı 3-2 hesabı ilə məğlub edərək çempion olan Türkiyə Qadın Voleybol Milli Komandasının tarixi qələbəsi bütün Türkiyədə coşğu ilə qeyd olundu.


Komandanın ulduzlarından Ebrar Karakurt və Zehra Günəşin illər əvvəl çəkilmiş fotosu sosial mediada trend mövzusuna çevrilib.

14 il əvvəl "Vakıfbank" komandasında oynayan Karakurt və Günəşin kadrına şərhlər və bəyənmələr yağıb.