"Beşiktaş" doğma meydanda "İstanbulspor"u qəbul edib və 2:0 hesabı ilə qalib gəlib. Sherg.az xəbər verir ki, Şenol Günəşin istefasından sonra köməkçi Burak Yılmaz məşqçilik karyerasında ilk dəfə idarə etdiyi komanda ilə 3 xal qazanıb.
Aboubakar 6 və Rachid Ghezzal 89-cu dəqiqədə vurduqları qolla kamandalarına 2-0-lıq qalibiyyət gətiriblər.
Bu nəticədən sonra xallarını 16-ya yüksəldən "Beşiktaş" liqada 4-cü pillədə qərarlaşıb və Super Liqada ilk dəfə ardıcıl iki qələbə qazanıb.
İstanbulspor həftəni 2 xalla 19-cu sırada tamamlayıb.