"Beşiktaş"ın çalışdırıcısı Şenol Günəşin istefa qərarından sonra bu vəzifəni icra edən Burak Yılmaz rəhbərliyin qəbul etdiyi qərarla növbədənkənar ümumi qurultaya qədər komandanın rəhbəri olacaq.
Sherg.az xəbər verir ki, UEFA Konfrans Liqasında "Beşiktaş"ın "Luqano"ya 3:2 hesablı məğlubiyyətindən sonra baş məşqçi Şenol Günəş istefa vermək qərarına gəlib.
"Qara qartal"ın rəhbərliyi növbədənkənar ümumi qurul toplantısı keçirməyə qərar verdiyini açıqlayıb.
Bu inkişaflardan sonra “Beşiktaş” baş məşqçi Burak Yılmazın başına keçməklə Super Liqada “İstanbulspor”u məğlub etməyi bacarıb.
Beləliklə komanda dekabrda keçiriləcək seçkilərə qədər Burak Yılmazla davam etmək qərarına gəlib.