Futbol üzrə Ukrayna milli komandası Almaniyada keçiriləcək Avropa çempionatı zamanı xüsusi mühafizəyə götürüləcək.
Bu barədə Almaniyanın daxili işlər naziri Nensi Feser məlumat verib.
"Bu, bizim üçün xüsusi bir çağırışdır. Biz bu komandanı xüsusi himayə altına almağa qərarlıyıq", - deyə nazir bildirib. O, təfərrüat barədə məlumat verməyib.
Qeyd edək ki, Avropa çempionatı iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Ukrayna millisi turnirdə E qrupunda Belçika, Slovakiya və Rumıniya komandaları ilə çıxış edəcək.
Mənbə: TASS