Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu

Almaniyada keçirilən Avropa çempionatının qrup mərhələsinin II turunda baş tutan Türkiyə - Portuqaliya matçının ən yaxşı futbolçusu müəyyənləşib.
"Report" UEFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, portuqaliyalı yarımmüdafəçi Bernardu Silva qarşılaşmanın ən yaxşı oyunçusu seçilib.
O, görüşdə bir qolla yadda qalıb. 
Qeyd edək ki, portuqaliyalılar 3:0 hesablı qələbəyə seviniblər.