Avro-2024: Portuqaliya Fransaya qarşı

Almaniyada təşkil olunan futbol üzrə Avropa çempionatında bu gün 1/4 final oyunlarına start veriləcək.

Axar.az xəbər verir ki, günün ilk matçında İspaniya və Almaniya yığmaları üz-üzə gələcək.

Növbəti qarşılaşmada isə Portuqaliya və Fransa milliləri güclünü ayırd etməyə çalışacaqlar.

Qeyd edək ki,1/4 finalın digər iki görüşü iyulun 6-da baş tutacaq.

Avro-2024

1/4 final

5 iyul

20:00. İspaniya - Almaniya

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

23:00. Portuqaliya - Fransa

Baş hakim: Maykl Oliver (İngiltərə).

Hamburq, “Folksparkştadion".