
Sülh sazişinin imzalanması imkanları getdikcə azalır - ŞƏRH
01:27 11.07.2024
Gündəm
389
İrəvanın qətiyyətli addımlarını görmürük Paşinyan "yeni konstitusiya" üçün 2026-cı ili nişan verir
Azərbaycanla Ermənistan arasında sülh müstəvisində müzakirələr davam edir. Bakının sülhlə bağlı konkret şərtləri var. Bu, Ermənistan konstitusiyasında dəyişiklik, Naxçıvana dəhlizin açılması və digər məqamlarla bağlıdır. Məsələ ondadır ki, bəzi kənar dairələr konstitusiya kimi şərtlərin sülhü gecikdirə biləcəyini iddia edirlər. Hətta sülh sazişinin imzalanmasının yaxın aylarda reallaşmasını mümkün hesab etməyənlər də var. Məsələn, “Karnegi” Fondunun baş eksperti Tomas de Vaal deyib ki, ilin sonuna kimi Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması ehtimalı əlli-əlliyədir. O bildirib ki, Azərbaycanın Ermənistana sülh sazişi ilə bağlı şərtləri var: “Bakının indi yeni ilkin şərti var ki, Ermənistan konstitusiyasına düzəlişlər edilməlidir. Bu, İrəvan üçün çox çətin məsələdir”. De Vaal qeyd edib ki, sülh sazişində Zəngəzur dəhlizi məsələsi yer almaya bilər, çünki bunu Ermənistan istəmir.
Politoloq Turab Rzayev də deyib ki, Azərbaycan və Ermənistan arasında sülhün qısa zamanda əldə olunması imkanları azalmaqdadır. Analitik vurğulayıb ki, İrəvan tərəfi sülh sazişini imzalamağa hazır olduğunu bəyan etsə də, real addımlar atmaqdan qaçırlar:

"Azərbaycan tərəfi tələb edir ki, Ermənistan öz konstitusiyasını dəyişdirməlidir. Bu tələb son günlərdə bir neçə dəfə rəhbərlik tərəfindən səsləndirilib. İrəvan hökuməti "konstitusiya dəyişməlidir" desə də, prosesə nə zaman başlayacağını qeyd etmir, zaman göstərmir. Paşinyan "yeni konstitusiya" üçün 2026-cı ili nişan verir. Ermənistan qanunvericiliyində həm Azərbaycana, həm də Türkiyəyə ərazi iddiaları yer alıb. Erməni gerbində Ağrı dağının əksi qalmaqdadır. "Qarabağın Ermənistana birləşdirilməsini" təsdiqləyən hüquqi aktlar durur. Belə halda sülh necə bağlana bilər?! Bu məqamlar qarşıdakı dönəmdə ciddi problemlər və qarşıdurma yarada bilər. Sırf o səbəbdən Azərbaycan israrla və haqlı olaraq bunların dəyişdirilməsini İrəvandan tələb edir. Ermənistanda revanşist təhlükəsi də hələ qalmaqdadır. Paşinyanın devriləcəyi təqdirdə hakimiyyəti ələ keçirən Koçaryan-Sarkisyan cütlüyü dərhal sülh sazişindən imtina edəcəklər. Paşinyan ölkə qanunlarına məhəl qoymadan müqaviləyə imza atarsa, daxili qanunları pozmaqda ittiham olunacaq. Radikal müxalifət və revanşist güclər bundan istifadə edəcəklər. Əllərinə düşən ilk fürsətdə Azərbaycana qarşı yenidən müharibə başladacaqlar. Konstitusiyaya əsaslanaraq, Qarabağı Azərbaycan ərazisi kimi tanımayacaqlarını deyəcəklər. Bunlara imkan yaratmamaq üçün Paşinyan hökumətini qanunvericiliyi dəyişməyə məcbur etmək lazımdır".
Ekspert vurğulayıb ki, son günlərdə ABŞ və Böyük Britaniya da sülhün tezliklə imzalanmasından danışırlar: "Hər iki dövlət tərəfləri noyabr ayına, yəni COP29-a kimi sazişi imzalamağa çağırır. Digər ölkələrdən də bənzər çağırışlar gəlir. Əlbəttə, biz də istəyirik ki, sülh sazişi yaxın dönəmdə imzalansın. Problem odur ki, İrəvanın qətiyyətli addımlarını görmürük".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ebru dünya turuna çıxır
03:33 22.09.2026
Şou
Ona “niyə evlənmirsən” sualını verən qonşusunu öldürdü
02:57 22.09.2026
Maraqlı
ABŞ-da iki böyük hava limanında uçuşlar dayandırıldı
01:02 22.09.2026
Dünya
Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Zelenski ilə görüşüb
00:41 22.09.2026
Gündəm
Demensiya yaddaşın tam itirilməsi ilə başlamır - Həkim
23:57 21.09.2026
Sağlamlıq
“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”
22:57 21.09.2026
Aktual
Keti Perri sevgilisi ilə tədbirdə
22:40 21.09.2026
Şou
Universitetin 3-cü kurs tələbəsi vəfat etdi
22:17 21.09.2026
Hadisə
Hakan Fidan: ABŞ-dən İsrailə daha çox təsir etməsini gözləyirik
22:12 21.09.2026
Gündəm
Vens: Ukraynadakı müharibənin bitməsi zaman məsələsidir
22:10 21.09.2026
Dünya
Zelenski Rusiyaya yenidən müvəqqəti atəşkəs təklif edib
22:06 21.09.2026
Dünya
Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib
22:00 21.09.2026
Texnologiya
"Le Monde": Rusiya Ermənistana təzyiqi artırır
21:45 21.09.2026
Aktual
Çin XİN: Pekin və Aİ bir-biri ilə ticarət müharibəsi aparmamalıdır
20:40 21.09.2026
Aktual