Paris-2024: Azərbaycan paraatleti qızıl medal qazanıb

Azərbaycan paraatleti Orxan Aslanov (T13 kateqoriyası) Fransada təşkil olunan Paris-2024 Yay Paralimpiya Oyunlarında qızıl medal qazanıb.

"Report"un məlumatına görə, idmançı uzunluğa tullanma növündə uğurlu çıxış edib.

Aslanov 7,29 metr nəticə ilə çempion olub.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.