Azərbaycan millisi Slovakiyaya məğlub olub

Bu gün futbol üzrə Azərbaycan milli komandası Millətlər Liqasının C1 qrupunda 2-ci turun oyununa çıxıb.

APA xəbər verir ki, Fernandu Santuşun yetirmələri səfərdə Slovakiya millisi ilə üz-üzə gəlib.

Millimiz səfərdə rəqibindən 2 cavabsız qol buraxıb.

Qarşılaşmanın 22-ci dəqiqəsində Ondrey Duda, 4 dəqiqə sonrasında isə David Strelets fərqlənib.