Ronaldo virusa yoluxduğu üçün İraqa getməyəcək

Səudiyyə Ərəbistanı Liqasında çıxış edən Kriştiano Ronaldodan bəd xəbər gəlib. Portuqaliyalı superulduz virusa yoluxduğu üçün İraqda keçiriləcək Asiya Çempionlar Liqası matçında iştirak edə bilməyəcək.

Sherg.az xəbər verir ki, Kriştianu Ronaldonun Əl Əhli liqası matçından sonra xəstələndiyi açıqlanıb.

Merih Dəmiralın komandası "Əl Əhli" ilə 1:1 hesablı bərabərliklə başa çatan matçdan sonra Ronaldonun xəstələnməsi narahatlıq yaradıb.

39 yaşlı ulduz bu mövsüm meydana çıxdığı 5 rəsmi matçda 4 qol vurub, 2 məhsuldar ötürmə edib.