"Barselona"nın yetirməsi olan və 16 yaşında A komandasında çıxış edən Ansu Fati "Fənərbaxça"nın radarına düşüb.
Bakupost.az Fanatik-ə istinadən xəbər verir ki, artıq İstanbul təmsilçisi futbolçunu izləməyə başlayıb.
Ötən mövsüm "Brayton"a icarəyə verilən Fati bu mövsüm alman baş məşqçi Hansi Flikin istəyi ilə heyətdə saxlanılıb. Lakin alman çalışdırıcı gənc ulduza gözlədiyi şansı verməyib.
Bu mövsüm Fati La Liqada 1 matçda 23 dəqiqə, Çempionlar Liqasında isə 2 matçda ümumilikdə 28 dəqiqə meydanda qala bilib. Daha əvvəl İspaniya millisində 10 dəfə çıxış edən və 2 qol vuran ulduz futbolçu yanvarda ayrılmağı planlaşdırır.